"In between" Müasir Avstriya incəsənəti sərgisi...

28 Sentyabr-14 Oktyabr, 2011

Keçirilmiş

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Avstriya Təhsil, İncəsənət və Mədəniyyət Federal Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Avstriyada yaşayıb yaradan rəssamların sərgisi təşkil edilib. Müasir Avstriya İncəsənəti sərgisi İsrail, Xorvatiya, Çernoqoriya, Kipr, Macarıstan, Türkiyə, Çin, Lixtenşteyn, Avstriya, Belçika, Litvada və həmçinin Azərbaycanda sənət sevərlərə təqdim olunmuşdur.

Avstriyanın “In Between” adlı Müasir Avstriya İncəsənəti sərgisi Avstriyada yaşayıb yaradan rəssamların böyük bədii potensialı və onların böyük miqdarı haqda təsəvvür oyadır. Sərgidə milli kolleksiyada mövcud olan müasir incəsənətin kiçik bir hissəsi təqdim olunmuşdur. Burada 36 rəssamın 40-dan çox əsəri nümayiş etdirilir. Nümayiş edilən hər bir eksponat Avstriya hakimiyyəti tərəfindən rəssama kömək məqsədilə əldə edilmişdir.
Bu incəsənət, öz simasına malik, tənqidi, meydan oxuyan, yenilikçi və açıqdır. Bu sahədə çalışan rəssamlar öz bacarıqlarını, film, video, rəsm, rəngkarlıq, installyasiya və performans kimi müxtəlif növlü media istiqamətlərində tətbiq edirlər. Onlar incəsənət və populyar mədəniyyət, incəsənət və gündəlik həyat arasındakı sərhədləri kəsişdirdilər. Bu rəssamların hamısı, Avstriyada və ya onun sərhədlərindən kənarda yaşamaqlarından asılı olmayaraq, dünyəvi prosseslərdə baş verən dünyəvi oyunların iştirakçılarıdırlar. Onlar Viyana və Berlində yaşayır, Tokio, Nyu-York, London və Şanxayda işləyirlər. Gənc nəsil çox rahatlıqla dünya səyahətinə çıxır, nəinki Avropa, həmçinin “qlobal” mədəniyyətdən də ilhamlanırlar. Media əlaqələrinin sayəsində onlar geniş əlaqələr saxlayır və yaxın münasibətlər qurur və bu da Avstriyaya digər məkanlarda da olmağa imkan yaradır.
Göstərilmiş köməyə görə Avstriya Respublikasının Azərbaycandakı səfirliyinə və həmçinin Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinə dərin minnətdarlığımızı bildiririk! 
Sərginin açılışı 28 sentyabr 2011-ci ildə saat 17:00-da Bakı şəhərində, Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək və oktyabr ayının 14-dək davam edəcəkdir. 

 

Son Sərgilər

Şanlı vətən...

Ətraflı...

"Zamanın pillələri ilə"...

Ətraflı...

Mədəni sərvətlərin qorunması mövzusunda ...

Ətraflı...

Milli Müstəqilik Günü ...

Ətraflı...