“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı proqram çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi və "Be Kind” komandasının birgə əməkdaşlığı çərçivəsində mühazirə, tematik ekskursiya, ustad dərsi kimi maarifləndirici və yaradıcı proqramlar balaca qonaqlara təqdim olunub.

Tədbirin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlarda yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, incəsənətə marağın artırılması və sosial inklüzivliyin təşviq olunmasıdır.

Proqrama qatılan 8-15 yaş arası 20 məktəbli 20 valideynlə birlikdə muzeyin rəngarəng dünyası ilə tanış olaraq Azərbaycan və dünya incəsənətindən ibarət eksponatlar haqqında maraqlı məlumatlar əldə ediblər. Sonda isə məktəblilər ustad dərsində öz rəngli xəyal dünyalarının əks olunduğu rəsmlər işləyiblər.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    1 İyun 2025 - 1 İyun 2025

event gallery