Muzeyimizdə hər həftənin şənbə və bazar günləri keçirilən “Uşaqlar üçün incəsənət tarixi” layihəsinin budəfəki proqramı antik Yunanıstan incəsənətinə həsr olunub.

Əziz dostlar,

Muzeyimizdə hər həftənin şənbə və bazar günləri keçirilən “Uşaqlar üçün incəsənət tarixi” layihəsinin budəfəki proqramı antik Yunanıstan incəsənətinə həsr olunub.

Maarifləndirici proqramda yunan memarlığının şah əsəri -Afina Akropolu, antik dövrün məşhur heykəltəraşları Miron Və Fidinin yaradıcılığı, eləcə də geyim mədəniyyəti haqqında maraqlı məlumatları dinləyəcək, mövzü ilə bağlı tematik ekskursiya keçəcəklər.

Həmçinin muzeyin ekspozisiyasında sərgilənən qədim yunan incəsənətini əks etdirən eksponatlarla tanış olacaqlar. Ustad dərsi zamanı isə balacalar bu mədəniyyətə məxsus simvolik nümunələri hazırlamağı öyrənəcəklər. Bizimlə səyahətdə balaca dostlarımızı, məktəbliləri çox maraqlı və rəngarəng proqramlar gözləyir.

Qeyd edək ki, proqramlar Azərbaycan və rus dillərində keçirilir. Proqrama hər həftəsonları saat 11:00-da qatıla bilərsiniz.

İştirak etmək üçün öncədən (012) 492 07 07 və (051) 580 85 21 telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    None - None