Uşaq-Gənclər İnkişaf Mərkəzinin tələbələri Milli İncəsənət Muzeyində praktik dərsdə iştirak ediblər

13 oktyabr tarixində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin tələbələri Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər.

Tələbələr muzeyin “1920–1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı ekspozisiyası ilə tanış olaraq Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrinin əsərləri ilə tanış olublar.

Praktik dərs çərçivəsində tələbələr Toğrul Nərimanbəyov, Nadir Əbdürrəhmanov kimi görkəmli rəssamların özünəməxsus bədii üslubundan və kompozisiya həllərindən ilhamlanaraq seçdikləri əsərlərin ayrı-ayrı elementlərini öz fantaziyalarına uyğun şəkildə yenidən işləyib fərdi kompozisiyalar yaradıblar.

 Muzeydə keçirilən bu cür praktik məşğələlər gənclərin incəsənət biliklərinin artırılmasına, bədii zövqlərinin və yaradıcılıq bacarıqlarının inkişafına xidmət edir.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    13 Oktyabr 2026 - None

event gallery