Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti maraqlı konsert proqramı dinləyicilərə təqdim olunub.
Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti maraqlı konsert proqramı dinləyicilərə təqdim olunub. İstedadlı musiqiçi Leyla Noirin təqdimatında keçirilmiş “Azərbaycan bəstəkar və xalq mahnılarında cazın rəngləri” adlı konsertdə Üzeyir Hacıbəylinin “Sənsiz”, Cahangir Cahangirovun “Aylı gecələr”, Tofiq Quliyevin “Əziz dost”, Səid Rüstəmovun “Hardasan”, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları” həmçinin xalq mahnısı “ Laçın” və digər ecazkar musiqilər özünəməxsus tərzdə səsləndirilib. Konsert zamanı ifa olunan tanqo rəqsi isə musiqi gecəsinə xüsusi ab-hava qatıb.
Növ :
Muzeydə musiqiVaxt :
2 Aprel 2025 - 2 Aprel 2025event gallery