AMİM-də Vasili Pukirevin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Sentyabrın 30-da Azərbaycan Milli İncəsənət Muzeyinin və “4 tərəf ürək” yaradıcılıq klubunun birgə təşkilatçılığı ilə

keçirilən tədbir çərçivəsində musiqiçilər, şairlər, qiraətçilər və aktyorlar çıxış ediblər.

Tədbirin əsas mövzusu görkəmli rus rəssamı, Vasili Vladimiroviç Pukirevin həyat və yaradıcılığı olub. AMİM-nin kolleksiyasında qorunub saxlanılan qiymətli sənət nümunələrindən biri olan “Yarımçıq qalmış toy ” əsəri, eləcə də onun həyat və sənət fəaliyyətinin müxtəlif məqamları haqqında məlumat verilərək müzakirələr aparılıb.

Musiqi ifaları, poetik nümunələr və səhnə təqdimatları tədbirin proqramını təşkil edib.

“4 tərəf ürək” yaradıcılıq klubu sənət, ədəbiyyat və musiqi sahələrinə maraq göstərən şəxsləri bir araya gətirərək yaradıcılıq mühitinin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyur.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    30 Sentyabr 2026 - None