AMİM əməkdaşı Moskvada “Mədəniyyət Səfirləri Beynəlxalq Gənclər Məktəbi”ndə iştirak edib
21–26 sentyabr 2026-cı il tarixlərində Moskva şəhərində müxtəlif ölkələrdən olan gənc mədəniyyət nümayəndələrini bir araya gətirən “Mədəniyyət Səfirləri Beynəlxalq Gənclər Məktəbi” adlı beynəlxalq proqram keçirilib.
Proqramda Azərbaycanı Azərbaycan Milli İncəsənət Muzeyinin Fond şöbəsinin müdiri Nailə Axundova təmsil edib. Altı gün davam edən proqram çərçivəsində iştirakçılar müxtəlif ölkələrin mədəni irsi, ənənələri və müasir mədəni prosesləri ilə tanış olub, mədəniyyət sahəsində fəaliyyət göstərən nümayəndələrlə fikir və təcrübə mübadiləsi aparıblar.
Məktəbin əsas istiqamətlərindən biri müxtəlif ölkələri təmsil edən gənclər arasında mədəni dialoqun inkişaf etdirilməsi və beynəlxalq mədəni əməkdaşlıq əlaqələrinin gücləndirilməsi olub. Proqram iştirakçıları mədəniyyətin müxtəlif cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın formalaşmasındakı rolu, mədəni irsin qorunması və təbliği, eləcə də beynəlxalq mədəni layihələrin inkişafı ilə bağlı müzakirələrdə iştirak ediblər.
Proqramın yekununda Azərbaycan Milli İncəsənət Muzeyinin Fond şöbəsinin müdiri Nailə Axundovaya Mədəniyyət Səfirləri Beynəlxalq Gənclər Məktəbinin iştirakçısı sertifikatı təqdim olunub.
Növ :
TədbirlərVaxt :
21 Sentyabr 2026 - 26 Sentyabr 2026event gallery