AMİM-nin əməkdaşı “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” beynəlxalq elmi konfransında məruzə ilə çıxış edib
30 sentyabr – 1 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Hidayət Cəfərovun 80 illik yubileyinə həsr olunmuş “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Azərbaycan Milli İncəsənət Muzeyinin Tikmə bölməsinin müdiri Könül Zeynalova “Qarabağın orta əsr mədəni irsinin xalçaçılıq sənətində bədii təcəssümü: “Füsunkar Qarabağ” xalça kompozisiyası əsasında” adlı məruzə ilə çıxış edib.
Təqdimatda Qarabağın qədim xalçaçılıq irsi, Şəddə xalçasının bədii xüsusiyyətləri müasir kompozisiya prinsipləri ilə əlaqələndirilib. Layihə çərçivəsində rəqəmsal layihə və xalça eskizi təqdim olunaraq qədim mədəni irsin müasir bədii yanaşma ilə təqdimatı nümayiş etdirilib.
Qeyd edək ki, “Füsunkar Qarabağ” mövzusunda məqalə konfrans materiallarında nəşr olunub.
Növ :
TədbirlərVaxt :
30 Sentyabr 2026 - Noneevent gallery